AYeməkMüstəqil dövlətlər
Lülə kabab
Soğanla döyülmüş quzu qiyməsinin şişə yapışdırılıb kömür üzərində bişirilən kababı.

Lülə kabab üçün quzu əti və quyruq yağı soğanla birlikdə əvvəllər balta ilə doğranar, indi isə ətçəkəndən keçirilir, duz və istiotla yoğrulur. Qiymə yastı şişlərə uzunsov yapışdırılır və közdə bişirilir.
Kabab lavaşa bükülərək, sumaxlı soğan, göyərti və közdə bişmiş pomidor-bibərlə verilir.
Azərbaycanda kababın çoxlu növü var: tikə kabab, basdırma kabab, ciyər kabab, tava kababı. Lülə kabab onların ən sevilənlərindəndir.
Mənbələr
Yenilənib: 1 oktyabr 2026







