AŞəxsiyyətMüstəqil dövlətlər
Cəlil Məmmədquluzadə
Yazıçı və jurnalist (1866–1932), məşhur satirik "Molla Nəsrəddin" jurnalının yaradıcısı.

Cəlil Məmmədquluzadə 1866-cı ildə Naxçıvanda doğulub, Qori müəllimlər seminariyasını bitirib, uzun illər kənd müəllimi işləyib.
1906-cı il aprelin 7-də Tiflisdə "Molla Nəsrəddin" jurnalının ilk sayını buraxdı. Jurnal karikatura və satira ilə cəhaləti, mövhumatı, ədalətsizliyi tənqid edirdi və bütün müsəlman Şərqində oxunurdu.
Mirzə Cəlil həm də "Poçt qutusu", "Danabaş kəndinin əhvalatları" hekayələrinin, "Ölülər" komediyasının müəllifidir. 1932-ci ildə Bakıda vəfat edib.
Mənbələr
Yenilənib: 1 oktyabr 2026







