AMusiqi alətiMüstəqil dövlətlər
Qaradəniz kamançası
Dizin üstündə şaquli tutulan üçsimli kiçik yaylı alət. Horon rəqsinin və Qara dəniz türkülərinin səsidir.

Qaradəniz kamançası Trabzon, Rize, Artvin və Giresun bölgələrində geniş yayılıb. Dar, butulka şəkilli gövdəsi bir parça ağacdan oyulur, üç simi var. İfaçı aləti dizinə dirəyib dik tutur, simlərə bir neçəsinə birdən yay çəkir.
Kamança sürətli, coşqun ritmlərlə çalınır və horon rəqsini müşayiət edir. Xalq ifaçıları kamançanı çalarkən çox vaxt atma türkü — bədahətən deyilən zarafatlı misralar da oxuyurlar.
Qara dənizdə kamançanın yanında tulum (tuluq zurnası) da çalınır. Bu gün kamança Qaradəniz ifaçılarının pop və rok musiqisində də eşidilir.
Mənbələr
Yenilənib: 2 oktyabr 2026







