ATarixMüstəqil dövlətlər
Əfşarlar sülaləsi
Oğuzların Əfşar boyundan çıxan Nadir şahın nəsli: Dehlini alan, Səfəvilərdən sonra İranı idarə edən sülalə (1736-1796).

Sülalənin banisi Nadir Əfşarların Qırxlı tirəsindən idi və Xorasanda sadə ailədə doğulmuşdu. Səfəvi şahzadəsi II Təhmasibin sərkərdəsi kimi əfqanları, osmanlıları və rusları ölkədən çıxardı, 1736-cı ildə Muğan düzündəki qurultayda şah seçildi. 1739-cu ildə Dehlini alıb Babür xəzinəsindən Tavus taxtını və "Kuh-i nur" almazını gətirdi.
Nadir 1747-ci ildə öz sərkərdələri tərəfindən öldürüldü və taxt uğrunda qardaşı oğulları Adil şah ilə İbrahim şah mübarizəyə başladı. Sonda hakimiyyət Nadirin nəvəsi Şahruxa keçdi, lakin onun hökmü yalnız Xorasanla məhdudlaşırdı. 1796-cı ildə Ağa Məhəmməd şah Qacar Məşhədi aldı və Əfşarlar sülaləsinə son qoydu.
Nəsil ağacı
Rəqəm taxta çıxma sırasıdır. Bütöv xətt atadan oğula, qırıq xətt uzaq nəslə gedir. Portretə basıb hökmdarın yazısını açın.
- İmamqulu
- Nadir şah1736-1747
- Rzaqulu Mirzə
- Şahrux1748-1796
- İbrahim xan
- Adil şah1747-1748
- İbrahim şah1748
- İbrahim xan
Mənbələr
Yenilənib: 16 noyabr 2026


















1