BHərbQismən tanınmış
KKTC Təhlükəsizlik Qüvvələri
1958-ci ildə qurulan Türk Müqavimət Təşkilatının (TMT) davamı olan, 1976-cı ildən Təhlükəsizlik Qüvvələri Komandanlığı adını daşıyan qüvvə.
1958-ci ildə rum EOKA təşkilatına qarşı Kipr türklərini qorumaq üçün Türk Müqavimət Təşkilatı (TMT) quruldu. Təşkilat 1967-ci ildə "Mücahid", 1976-cı ildə isə Təhlükəsizlik Qüvvələri Komandanlığı adını aldı.
Bu gün Təhlükəsizlik Qüvvələri KKTC-nin müdafiə qüvvəsidir. Adada bundan əlavə Türkiyə Silahlı Qüvvələrinin hissələri də yerləşir.
TMT-nin qurulduğu 1 avqust KKTC-də "Toplumsal Direniş Bayramı" kimi qeyd olunur.
Mənbələr
Yenilənib: 3 oktyabr 2026







