ATarixMüstəqil dövlətlər
Kut əl-Əmarə mühasirəsi (1915-1916)
Birinci Dünya müharibəsində Osmanlı ordusunun İraqda Britaniya-Hindistan diviziyasını beş ay mühasirədə saxlayıb təslim olmağa məcbur etdiyi əməliyyat.

1915-ci ildə general Çarlz Tauşendin başçılıq etdiyi Britaniya-Hindistan diviziyası Bağdadı almaq üçün Dəclə boyunca irəlilədi. Noyabrda Bağdadın yaxınlığındakı Selman-Pak döyüşündə Osmanlı ordusu onu dayandırdı. Tauşend geri çəkilib Dəclənin döngəsindəki Kut şəhərində möhkəmləndi.
7 dekabr 1915-ci ildə Osmanlı qoşunları Kutu mühasirəyə aldılar. İngilislər şəhəri xilas etmək üçün bir neçə dəfə böyük qüvvələrlə hücum etdilər, amma hər dəfə ağır itki verib geri qayıtdılar. Osmanlı tərəfdə əməliyyatlara əvvəl alman feldmarşalı fon der Qols, onun ölümündən sonra isə Xəlil paşa başçılıq edirdi, Kazım Qarabəkir də burada vuruşurdu.
Aclıq və xəstəlik içində qalan qarnizon 29 aprel 1916-cı ildə təslim oldu: 13 minə yaxın əsgər və zabit əsir düşdü. Tarixçilər Kutu Birinci Dünya müharibəsində müttəfiqlərin ən ağır məğlubiyyətlərindən biri hesab edir. Amma on ay sonra Britaniya qüvvələri yenidən hücuma keçdi və 1917-ci ildə Bağdadı aldı.
Mənbələr
Yenilənib: 11 noyabr 2026

















