AŞəxsiyyətMüstəqil dövlətlər
Mirzə Uluğbəy
Teymurun nəvəsi, hökmdar və böyük astronom (1394–1449). Səmərqənd rəsədxanasını qurub.

Uluğbəy (əsl adı Məhəmməd Tarağay) Teymurun oğlu Şahruxun oğludur. Atası Səmərqəndi ona verdi və o, təxminən 40 il şəhəri idarə etdi.
O, dövrünün ən böyük astronomlarından idi: 1424–1429-cu illərdə Səmərqənddə rəsədxana tikdirdi, ulduz kataloqu "Ziyc-i Sultani"ni hazırladı. Triqonometriya və sferik həndəsə sahəsində də işləyib. Ərəb, fars, türk, monqol dillərini bilib.
Səmərqənd və Buxarada mədrəsələr tikdirib. Registan meydanındakı Uluğbəy mədrəsəsi də onundur. 1449-cu ildə öz oğlunun əmri ilə öldürüldü. Gur-Əmirdə babası Teymurun yanında dəfn olunub.
Mənbələr
Yenilənib: 3 oktyabr 2026







