AŞəxsiyyətMüstəqil dövlətlər
Nənə Xatun
1877-ci ildə Ərzurumun Əziziyə istehkamını rus qoşunlarına qarşı müdafiə edən xalq qəhrəmanı qadın (1857–1955).

1877–1878-ci illərin Osmanlı-Rus müharibəsində rus qoşunları Ərzurumu mühasirəyə aldı və 8 noyabr 1877-ci ilə keçən gecə Əziziyə istehkamını ələ keçirdi. Səhər şəhər əhalisi — kişilər, qadınlar, yaşlılar əllərinə nə keçdisə götürüb istehkama axışdı.
Qardaşını döyüşdə itirən iyirmi yaşlı Nənə Xatun körpə uşağını evdə qoyub balta ilə döyüşə qatıldı və istehkamın geri alınmasında fəal iştirak etdi.
Nənə Xatun uzun ömür sürdü, 1955-ci ildə vəfat etdi və Əziziyə istehkamının yanında dəfn olundu. Onun adı Türkiyədə vətən sevgisinin və qadın cəsarətinin rəmzidir.
Mənbələr
Yenilənib: 2 oktyabr 2026







