AŞəxsiyyətMüstəqil dövlətlər
Yaşar Kamal
Çukurova həyatını dastan dili ilə yazan böyük nasir (1923–2015), "İncə Məmməd"in müəllifi.
Yaşar Kamal Osmaniyə yaxınlığındakı Hemite kəndində, Çukurovada doğulub. Uşaqlıqda bir gözünü itirib, pambıq tarlalarında fəhlə, katib, müəllim köməkçisi kimi çalışıb; eyni zamanda aşıqlardan ağız ədəbiyyatı nümunələri toplayıb.
1955-ci ildə çıxan "İncə Məmməd" romanı ağaların zülmünə qarşı dağa çıxan gənc kəndlinin hekayəsidir; dörd cildlik bu əsər onu dünya şöhrətinə çatdırdı. "Ağrı dağı əfsanəsi", "Yer dəmir, göy mis" kimi əsərləri də xalq dastanlarının ruhunu daşıyır.
Kitabları 40-dan çox dilə tərcümə olunub, o dəfələrlə Nobel mükafatına namizəd göstərilib. 2015-ci ildə İstanbulda vəfat edib.
Mənbələr
Yenilənib: 2 oktyabr 2026







