AMusiqi əsəriMüstəqil dövlətlər
"Yeddi gözəl" baleti
Qara Qarayevin Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında yazdığı balet. 1952-ci ildən Azərbaycan səhnəsinin ən məşhur baletidir.
"Yeddi gözəl" Nizami Gəncəvinin "Həft peykər" ("Yeddi gözəl") poeması əsasında yaradılıb. Baletdə hökmdar Bəhram şahın hakimiyyət ehtirası ilə xalq qarşısındakı borcu arasındakı mübarizə göstərilir.
İlk tamaşa 1952-ci il noyabrın 7-də Bakıda oldu. Baletin musiqisində Azərbaycan xalq melodiyaları və muğam intonasiyaları simfonik dillə səslənir.
Baletdən olan "Vals", "Yeddi gözəlin rəqsləri" kimi hissələr ayrıca orkestr süitası kimi dünyanın bir çox səhnəsində ifa olunur.
Mənbələr
Yenilənib: 1 oktyabr 2026







