AŞəxsiyyətMüstəqil dövlətlər
Yusuf Dikeç
Atıcı (1973), 2024-cü il Paris Olimpiadasının gümüş mükafatçısı; xüsusi avadanlıqsız, əli cibində atəşi ilə dünyanı heyran edib.

Yusuf Dikeç Kahramanmaraşın Göksun ilçəsində doğulub. Uzun illər jandarmada xidmət edib, atıcılıq üzrə dəfələrlə dünya və Avropa çempionatlarında medallar qazanıb.
2024-cü il Paris Olimpiadasında 10 metr məsafədən pnevmatik tapança atıcılığında qarışıq komanda yarışında Şevval İlayda Tarhan ilə birlikdə gümüş medal qazandı.
O, digər idmançılar kimi xüsusi eynək və qulaqlıqdan istifadə etmədən, adi eynəklə, bir əli cibində atəş açırdı. Bu görüntü bütün dünyada yayıldı və onu olimpiadanın ən tanınan simalarından birinə çevirdi.
Mənbələr
Yenilənib: 2 oktyabr 2026







