İdman15 noyabr 2026
Azərbaycan Dakar Gənclər Olimpiadasından 3 qızıl və 3 gümüşlə qayıtdı

Senegalın Dakar şəhərində keçirilən IV Yay Gənclər Olimpiya Oyunlarında Azərbaycan yığması 8 idman növündə 13 idmançı ilə iştirak etdi və 6 medal qazandı. Komanda ümumi hesabda 13-cü yeri tutdu.
Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşində isə Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandı.
Gümüş medal sahibləri çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) oldu. Hüseynova yarışdan sonra bu nəticənin tarixi olduğunu deyib və böyüklər Olimpiadasında da uğur təkrarlamaq istədiyini bildirib.
Əlaqəli xəbərlər
İdman14 noyabr 2026Türkiyə Dakar Gənclər Olimpiadasını 9 medalla bitirdi, qılıncoynatmada ilk qızıl medal qazanıldı
İdman24 oktyabr 2026Bakıda ilk FIFA U-15 Dünya Kuboku və Festivalı təntənəli mərasimlə start götürdü
İdman24 oktyabr 2026Şahmat üzrə Avropa Klub Kubokunda azərbaycanlı oyunçular 2 fərdi medal qazandı: Gülnar Məmmədova qızıl, Aydın Süleymanlı bürünc
Mədəniyyət14 noyabr 2026Bakıda qazax xalqının ənənəvi mədəniyyətinə həsr olunmuş sərgi açıldı: 69 etnoqrafik əşya nümayiş olunur

















