AŞəxsiyyətMüstəqil dövlətlər
Kurmancan Datka
"Alay xanımı", "Cənubun kraliçası" (1811–1907). 1832–1876-cı illərdə Alay qırğızlarının hökmdarı olub.

Kurmancan gənc yaşında ona zorla seçilən ərdən qaçıb ata evinə qayıdıb — bu, o dövr üçün eşidilməmiş cəsarət idi. Sonra Alay qırğızlarının başçısı Alımbekə ərə gedib.
1832-ci ildən Alay qırğızlarının idarəsində iştirak edib, əri öldürüləndən sonra isə hakimiyyəti tam öz üzərinə götürüb. Kokand xanlığı və Buxara əmirliyi ona "datka" (hökmdar) rütbəsini verib.
1876-cı ildə Rusiya qoşunları bölgəyə gələndə qan tökülməməsi üçün sülh yolunu seçdi. "Xalqın anası" adlandırılan Kurmancan Datkanın abidələri Oşda və Bişkekdə var. 2014-cü ildə onun həyatından bəhs edən "Kurmancan Datka" filmi çəkilib.
Mənbələr
Yenilənib: 3 oktyabr 2026







