ATexnologiyaMüstəqil dövlətlər
"TürkmenÄlem 52°E" peyki
Türkmənistanın ilk rabitə peyki. 2015-ci ildə ABŞ-dan Falcon 9 raketi ilə orbitə çıxarılıb.

Peyki Fransanın Thales Alenia Space şirkəti hazırlayıb. 27 aprel 2015-ci ildə ABŞ-ın Kanaveral burnundan SpaceX şirkətinin Falcon 9 raketi ilə buraxılıb.
Peyk geostasionar orbitdə 52° şərq uzunluğunda yerləşir. Onu Türkmənistanın Milli Kosmik Agentliyi idarə edir. Hesablanmış xidmət müddəti 15 ildir.
Peykin 38 transponderindən 26-sı "TürkmenÄlem", 12-si isə Monako knyazlığının mövqeyindən istifadə edən "MonacoSAT" adı ilə işləyir. Peyk Türkmənistanda televiziya, internet və rabitə xidmətlərini təmin edir.
Mənbələr
Yenilənib: 3 oktyabr 2026







