İdman5 oktyabr 2026
Asiya Oyunları başa çatdı: Özbəkistan 21 qızılla 5-ci, Qazaxıstan 84 medalla 8-ci oldu

Yaponiyanın Aiçi prefekturasında və Naqoya şəhərində sentyabrın 19-dan oktyabrın 4-dək keçirilən XX Asiya Oyunları başa çatdı. Türk dövlətləri arasında ən yaxşı nəticəni Özbəkistan göstərdi: 21 qızıl, 25 gümüş və 24 bürünc, cəmi 70 medal. Özbəkistan komanda hesabında 5-ci yeri tutdu.
Qazaxıstan 12 qızıl, 24 gümüş və 48 bürünc medalla (cəmi 84) 8-ci oldu. Qırğızıstan 1 qızıl, 3 gümüş və 10 bürünc (cəmi 14), Türkmənistan isə 2 gümüş medal qazandı. Qırğızıstan yığması oktyabrın 5-də vətənə qayıtdı.
Medal sıralamasında birinci yeri 169 qızılla Çin, ikinci yeri ev sahibi Yaponiya, üçüncü yeri Cənubi Koreya tutdu.









