Turkic Atlas

← Bütün xəbərlər

Siyasət21 oktyabr 2026

Azərbaycan Qırğızıstanla müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiq edən qanunu qəbul etdi

Azərbaycan və Qırğızıstan bayraqları yan-yana (süni intellekt illüstrasiyası)
Foto: Süni intellektlə yaradılmış illüstrasiya

Prezident İlham Əliyevin oktyabrın 13-də imzaladığı qanunla Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə təsdiq edilib. Müqavilə bu ilin iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanmışdı. Qanun Prezident saytında oktyabrın 21-də dərc olunub.

Eyni gün sayta Azərbaycan-Qırğızıstan əlaqələrinə dair daha üç sənəd də çıxarılıb: beynəlxalq avtomobil əlaqələri haqqında saziş, həmçinin Azərbaycan-Qırğız İnkişaf Fondu haqqında ikinci əlavə sazişi təsdiq edən qanunlar.

Bu yazını paylaş