Hərbi və müdafiə1 oktyabr 2026
Azərbaycan, Türkiyə və Özbəkistanın ilk birgə təlimi — "Birliyin Gücü – 2026" başa çatdı

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən "Birliyin Gücü – 2026" birgə təlimi oktyabrın 1-də yekunlaşdı. Bu, üç ölkənin ilk birgə hərbi təlimidir. Təlim sentyabrın 21-də başlamış, 3500-dən çox hərbçi iştirak etmişdi.
Təlim üç mərhələdə keçirildi: Qarabağ iqtisadi rayonundakı Qızılqaya, Naxçıvandakı Qarabağlar təlim mərkəzlərində və Xəzərin Böyük Zirə ərazisində. Təlimə 130-dan çox pilotsuz uçuş aparatı, 70-dən çox zirehli texnika, 20-dən çox təyyarə və 20-dən çox gəmi cəlb olunmuşdu.
Təlimi 9 ölkədən müşahidəçilər izlədi. Bağlanış mərasimində üç ölkənin dövlət himnləri səsləndi, hərbçilər tribunanın önündən təntənəli marşla keçdilər.







