Turkic Atlas

← Bütün xəbərlər

Musiqi26 oktyabr 2026

Bakı səhnəsinə 98 ildən sonra qayıdan “Turandot”: Pucçininin operası Heydər Əliyev Sarayında yenidən səsləndi

“Turandot” operasının Bakı premyerası: səhnənin ümumi görünüşü
Foto: Report.az

Cakomo Pucçininin “Turandot” operası 98 illik fasilədən sonra yenidən Azərbaycan səhnəsində səslənib. Bakı üçün xüsusi hazırlanmış yeni quruluşun premyerası oktyabrın 24-də Heydər Əliyev Sarayında keçirilib.

Turandot ayın fonunda — tamaşadan səhnə
Turandot ayın fonunda — tamaşadan səhnə · Report.az

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Premyera axşamında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov şahzadə Kalaf obrazında ilk dəfə Azərbaycan səhnəsinə çıxıb. Turandot partiyasını Bakıda debüt edən italyan soprano Karmen Cannattasio ifa edib, dirijor Beatriçe Venetsi olub.

“Turandot” operasından kütləvi səhnə
“Turandot” operasından kütləvi səhnə · Report.az

Tamaşa uzun alqışlarla qarşılanıb. Premyeranı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da izləyib və tamaşadan sonra səhnə arxasında ifaçılarla görüşüb.

Leyla Əliyeva premyeradan sonra ifaçılarla
Leyla Əliyeva premyeradan sonra ifaçılarla · Report.az

Quruluşun üç heyəti var: oktyabrın 24, 25 və 27-də hər axşam fərqli solistlər və dirijor çıxış edir.

Bu yazını paylaş