Elm və təhsil21 oktyabr 2026
Səmərqənddə oktyabrın 21–22-də 100-dən çox ölkədən 600 nümayəndənin iştirakı ilə uşaqların rifahı üzrə dünya zirvəsi keçiriləcək

Özbəkistanın Səmərqənd şəhərində oktyabrın 21–22-də “Uşaqların rifahına sərmayə: gələcək nəsillər üçün davamlı və bərabər inkişaf yolu” adlı dünya zirvəsi və Uşaq xərçəngi üzrə II Beynəlxalq Konqres keçiriləcək. UZA-nın məlumatına görə, tədbirdə 100-dən çox ölkədən hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və mütəxəssislər olmaqla təxminən 600 nəfər iştirak edəcək.
Zirvənin rəsmi açılışı oktyabrın 21-də yüksək səviyyəli plenar iclaslarla olacaq. Sessiyalarda uşaqların müdafiəsi, sosial müdafiə, səhiyyə, təhsil və erkən yaş dövründə inkişaf məsələləri müzakirə ediləcək. Bağlanış plenar iclasında Uşaqların rifahına sərmayə üzrə Səmərqənd Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Konqresdə isə erkən diaqnostika, müasir müayinə üsulları, dərman vasitələrinə çıxış, dəqiq terapiya və hüceyrə texnologiyaları əsas istiqamətlər kimi göstərilir. Uşaqların reabilitasiyası, palliativ yardım, infeksiyaların nəzarəti və uzunmüddətli dəstək məsələləri də gündəmdədir.


Azərbaycan
Qazaxıstan
Türkiyə
Qırğızıstan
Türkmənistan
Özbəkistan
Quzey Kipr (KKTC)
Macarıstan






