Texnologiya21 oktyabr 2026
Türkiyənin “Fergani” şirkəti altıncı peykini orbitə çıxardı: FRG-100D4 peyki 590 km hündürlükdə və süni intellektli kompüterlə təchiz olunub

Türkiyənin “Fergani” kosmik texnologiyalar şirkəti altıncı sınaq peyki FRG-100D4-ü orbitə çıxarıb. Anadolu agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, peyk SpaceX-in “Bandwagon-5” missiyası çərçivəsində buraxılıb, daşıyıcıdan ayrılandan təxminən 63 dəqiqə sonra Yer səthindən 590 kilometr hündürlükdəki hədəf orbitə çatıb.
Peykin istehsalçısı olan “Baykar”ın bildirdiyinə görə, FRG-100D4 əvvəlki peyklərlə müqayisədə bir sıra texnoloji təkmilləşdirmələrə malikdir və daha mürəkkəb missiyaları dəstəkləmək üçün süni intellektli kompüterlə təchiz olunub.
Peykin tərkibində yerli istehsal komponentlər var: reaksiya çarxı, maqnit fırlanma çubuğu, maqnitometr, ətalət ölçmə qurğusu, GNSS qəbuledicisi, idarə olunan günəş panelləri, batareya bloku, regenerativ modem və fazalı antenna massivi.


Azərbaycan
Qazaxıstan
Türkiyə
Qırğızıstan
Türkmənistan
Özbəkistan
Quzey Kipr (KKTC)
Macarıstan






