Həyatı
Əsl adı Nəcməddin Məhəmməddir. Təxminən 1108-ci ildə Şamaxıda doğulub. Gəncəli şair Əbül-Üladan dərs alıb. Astronomiyanı yaxşı bildiyi üçün "Fələki" ("göy, səma ilə bağlı") təxəllüsünü götürüb.
Gənc yaşında Şirvanşah III Mənuçöhrün saray şairi olub. Sonra hökmdarın qəzəbinə gəlib zindana salınıb. Zindandan çıxsa da, sağlamlığı pozulub və təxminən 1146-cı ildə, hələ gənc ikən vəfat edib.
Yaradıcılığı
Şeirlərini fars dilində yazıb. Divanında qəsidə, qəzəl və rübailər var. Qəsidələrində Şirvanın təbiətini, sarayın təntənəsini təsvir edir, şeirlərində astronomiya terminlərindən məharətlə istifadə edir. Zindanda yazdığı şeirlər ("həbsiyyələr") Şirvan ədəbiyyatında bu janrın ilk nümunələrindəndir.
İrsi
Fələki Xaqani ilə birlikdə Şirvan ədəbi məktəbinin parlaq nümayəndəsi sayılır. Onun divanını 1929-cu ildə hind alimi Hadi Həsən Londonda nəşr edib. Azərbaycanda Fələkinin büstü ucaldılıb.


















