İdman6 oktyabr 2026
Bakıda cüdo üzrə dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazandı

Bakıda davam edən cüdo üzrə dünya çempionatının üçüncü günündə azərbaycanlı cüdoçu Rəşid Məmmədəliyev 73 kq çəki dərəcəsində bürünc medal qazandı. O, bürünc medal uğrunda görüşdə Braziliyadan olan Daniel Karqnini məğlub etdi.
Bu, ev sahibi Azərbaycan yığmasının çempionatdakı ikinci medalıdır. Birinci gün Əhməd Yusifov 60 kq çəkidə dünya çempionu olmuşdu.
73 kq çəkidə qızıl medalı yaponiyalı Ryuqa Tanaka qazandı. Çempionat oktyabrın 11-dək Milli Gimnastika Arenasında davam edir: 93 ölkədən 622 cüdoçu mübarizə aparır.









