İqtisadiyyat6 oktyabr 2026
FAO-nun ən yüksək mükafatı Mirziyoyevə verildi: Özbəkistan ilk dəfə FAO Şurasına seçildi

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Çü Dunyu oktyabrın 6-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşkilatın ən yüksək mükafatı olan "Agricola" medalını təqdim etdi. Mükafat ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının və su təsərrüfatının inkişafı sahəsindəki təşəbbüslərə görə verilib.
1977-ci ildə təsis olunan "Agricola" medalı aclığın aradan qaldırılması və ərzaq təhlükəsizliyi kimi ümumbəşəri məqsədlərə xidmət edənlərə verilir.
Görüşdə qeyd olundu ki, Özbəkistan ilk dəfə FAO Şurasına (2028–2029-cu illər) seçilib, Daşkənddə dənizə çıxışı olmayan ölkələr üçün aqro-innovasiya mərkəzi açılıb. Hazırda FAO ilə Özbəkistanın 27 birgə layihəsi həyata keçirilir, yeni beşillik tərəfdaşlıq proqramı qəbul olunub. Növbəti mərhələdə kənd təsərrüfatında rəqəmsallaşma, süni intellekt və iqlim maliyyəsi üzrə əməkdaşlıq nəzərdə tutulur.









