İdman26 sentyabr 2026
Formula 1 Azərbaycan Qran-prisi: Bakıda Corc Rassel qalib gəldi

Sentyabrın 26-da Bakı Şəhər Halqasında Formula 1 Azərbaycan Qran-prisinin əsas yarışı keçirildi. Mercedes komandasının pilotu Corc Rassel 51 dövrəlik yarışda qalib gəldi. İkinci yeri Red Bull komandasından Maks Ferstappen, üçüncü yeri isə onun komanda yoldaşı İsak Hacar tutdu.
Rassel bir gün əvvəl keçirilən sıralama mərhələsində də birinci olmuşdu. Yarışlarda 11 komanda iştirak etdi, tribunalardan 17 mindən çox xarici azarkeş izlədi. Yarışa Prezident İlham Əliyev və ailə üzvləri də tamaşa etdilər.
Azərbaycan Formula 1 yarışlarına onuncu dəfə ev sahibliyi edir. İlk yarış 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilmişdi.







