Həyatı
Əli bəy Hüseynzadə 1864-cü ildə Salyanda doğulub. Tiflisdə gimnaziyanı, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib, sonra İstanbulda hərbi tibb məktəbində oxuyub, həkim olub. Bakıda "Həyat" qəzetini və "Füyuzat" jurnalını nəşr edib. Ömrünün çoxunu İstanbulda keçirib, 1940-cı ildə orada vəfat edib.
İdeyaları
Hüseynzadə türk dünyasının ən böyük mütəfəkkirlərindən biridir. "Türkləşmək, islamlaşmaq, avropalaşmaq" ideyası onun adı ilə bağlıdır. Bu üç anlayışı mavi, yaşıl və qırmızı rənglərlə ifadə edib; bu fikir sonra Azərbaycan bayrağının rənglərində öz əksini tapıb.
Yaradıcılığı
Hüseynzadə şair, tərcüməçi və rəssam idi. Lirik şeirlər yazıb, Hötenin "Faust"undan parçaları türk dilinə çevirib. "Füyuzat" jurnalı ətrafında bütöv bir ədəbi məktəb yaranıb: Məhəmməd Hadi, Abdulla Şaiq və başqa gənc şairlər burada yetişib.


















