Həyatı
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda doğulub. Qori müəllimlər seminariyasını bitirib, on il kənd məktəblərində müəllimlik edib. Sonra Tiflisə köçüb, mətbuatda işləyib. 1932-ci ildə Bakıda vəfat edib.
"Molla Nəsrəddin"
1906-cı ildə Ömər Faiq Nemanzadə ilə birlikdə Tiflisdə "Molla Nəsrəddin" jurnalını yaradıb. Rəngli karikaturaları, kəskin satirası ilə jurnal tezliklə İrandan Orta Asiyaya, Tatarıstandan Türkiyəyə qədər oxunmağa başladı. Mirzə Cəlil jurnalda "Molla Nəsrəddin" imzası ilə yazırdı. Jurnal fasilələrlə 1931-ci ilə qədər Tiflisdə, Təbrizdə və Bakıda çıxıb.
Yaradıcılığı
Mirzə Cəlil Azərbaycan realist nəsrinin və dramaturgiyasının ən böyük ustasıdır. "Danabaş kəndinin əhvalatları" povesti, "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy" hekayələri, "Ölülər" və "Anamın kitabı" komediyaları onun şah əsərləridir. O, xalqın dərdini, cəhalətin və zülmün acı nəticələrini kədərli gülüşlə göstərib.
İrsi
Naxçıvanda və Bakıda ev-muzeyləri var. "Molla Nəsrəddin" jurnalı bütün müsəlman Şərqində satirik mətbuatın nümunəsi oldu.


















