Həyatı
Rəsul Rza (İbrahimov) 1910-cu ildə Göyçayda doğulub. Bakıda və Moskvada təhsil alıb. Kino sahəsində, ədəbi təşkilatlarda çalışıb, ensiklopediya nəşrinə rəhbərlik edib. Şairə Nigar Rəfibəylinin həyat yoldaşı, yazıçı Anarın atasıdır. 1981-ci ildə Bakıda vəfat edib.
Yaradıcılığı
Rəsul Rza Azərbaycan poeziyasında sərbəst şeirin yaradıcılarından və ən böyük ustadlarındandır. Onun şeirləri fikir dərinliyi, gözlənilməz obrazları ilə seçilir. 1960-cı illərdə yazdığı "Rənglər" silsiləsi müasir Azərbaycan poeziyasının ən orijinal əsərlərindəndir. Çoxlu poema yazıb, dünya poeziyasından tərcümələr edib.
İrsi
Rəsul Rza yeni poetik dili ilə sonrakı nəsil şairlərə böyük təsir göstərib. Bakıda bir küçə onun adını daşıyır, yaşadığı evdə xatirə lövhəsi var.


















