Həyatı
Sabit Rəhman 1910-cu ildə Şəkidə doğulub. Bakıda təhsil alıb, teatr və kino sahəsində çalışıb. 1970-ci ildə vəfat edib.
Yaradıcılığı
Sabit Rəhman Azərbaycan komediyasının böyük ustalarındandır. Şəkililərə xas incə yumoru onun əsərlərinin əsas xüsusiyyətidir. "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir" kimi komediyalarında lovğalığı, dəbdəbəni, köhnə adətləri gülüş hədəfinə çevirib. Hekayə və romanlar da yazıb. Onun hekayəsi əsasında çəkilən "Ögey ana" filmi çox sevilib.
İrsi
Şəkidə Sabit Rəhmanın ev-muzeyi var. Komediyaları bu gün də teatr səhnələrində oynanılır.


















