İdman5 oktyabr 2026
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi: 93 ölkədən 622 idmançı

Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi oldu. Mərasimdə Prezident İlham Əliyev iştirak etdi. Ondan əvvəl dövlət başçısı bir gün öncə 60 kq çəkidə dünya çempionu olan Əhməd Yusifovla görüşüb onu təbrik etdi: "Bütün xalqımızı sevindirmisən".
Mərasim Azərbaycanda idmanın inkişafından bəhs edən videoçarxla başladı. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış etdilər. Vizer çempionata göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür etdi. Axşam italyan müğənni Al Banonun konserti ilə başa çatdı.
Oktyabrın 4-də başlayan çempionat 11 oktyabrda bitəcək. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu (335 kişi və 287 qadın) mübarizə aparır.









